Hacıqabulda maşın bağçaya çırpılıb, ölən və yaralanan var

Cəmiyyət




Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul şəhərində qeydə alınıb.

“Toyota Prado” markalı avtomobil idarəetməni itirərək uşaq bağçasının divarına çırpılıb.

Nəticədə avtomobildə olan Şirvan sakinləri – 1986-cı il təvəllüdlü Ramil Nurəddin oğlu Əsgərov və 1994-cü il təvəllüdlü İlqar Elşən oğlu Cəfərov xəstəxanaya yerləşdiriliblər.

Ramil Əsgərov bir müddət sonra aldığı xəsarətlərdən dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir