XİN başçılarının Almatı görüşünün vaxtı niyə dəqiqləşməyib? – AÇIQLAMA

Siyasət




“İrəvan tərəfindən təklifə cavab verilmədiyi üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Qazaxıstanda planlaşdırılan danışıqların tarixi hələ müəyyən edilməyib”.

Bu barədə Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Bakaev məlumat verib.

Nazir müavini danışıqların baş tutacağına ümid etdiyini deyib.

Onun sözlərinə görə, Qazaxıstanın Bakı və İrəvana bu danışıqlar üçün platforma təklif etməsi təsadüfi deyil. Belə ki, Astananın Qarabağ probleminin həllində vasitəçilik rolu ötən əsrin 90-cı illərindən məlumdur.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir