Elmira Süleymanova vəfat etdi

Cəmiyyət




Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib.

Bu barədə Oxu.Az-a onun yaxınları məlumat veriblər.

Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ildə Bakıda anadan olub. 2002-2019-cu illərdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) olub.

Aytac Qasımova

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir