İtaliyada su elektrik stansiyasında partlayış: Yaralanan və itkin düşənlər var

Dünya




İtaliyanın şimalında, Emiliya-Romanya bölgəsində, Suviana su anbarının bəndində partlayış baş verib.

Kamuqnano şəhərinin meri Marko Masinara bildirib ki, partlayış su anbarının səviyyəsindən təxminən 30 metr dərinlikdə, bəndi tənzimləyən elektrik stansiyalarından birinin təxminən 9-cu mərtəbəsində baş verib.

Partlayışın episentri turbinə qoşulmuş generator olub.

Son məlumatlara görə, bəziləri ağır olmaqla 10 nəfər yanıq xəsarətləri alıb. Daha 6 nəfər itkin düşüb, yanğınsöndürənlər və karabinerilər (İtaliyada silahlı qüvvələrin bir növü – red.) onları axtarır. Axtarış əməliyyatlarında ümumilikdə 118 nəfər iştirak edir.

Mənbə: iz.ru

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir