“Taliban”la İran sərhədçiləri arasında TOQQUŞMA

Dünya

“Taliban” hərəkatının tərəfdarları Əfqanıstanın cənub-qərbindəki Nimroz vilayətində İran sərhədçiləri ilə toqquşublar.

Məlumata görə, qarşıdurma səbəbindən sərhəd bağlanıb. “Taliban” iranlı sərhədçilərdən birini saxlayıb.

Hərəkatın nümayəndələri toqquşmalarla bağlı məlumatı hələlik şərh etməyiblər. İran tərəfi isə bəyan edib ki, günün ikinci yarısında baş vermiş münaqişə artıq öz həllini tapıb.

Mənbə: TASS

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir