Novxanı yolunda ağır qəza: VAZ-2106 tanınmaz hala düşdü – VİDEO

Cəmiyyət

Novxanı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib

Oxu.Az xəbər verir ki, bununla bağlı video sosial şəbəkədə yayımlanıb.

Qəza zamanı VAZ-2106 markalı maşın yük avtomobili ilə toqquşub.

Hadisə şahidlərinin sözlərinə görə, hadisənin baş verməsinə səbəb VAZ-2106 markalı avtomobilin dairəyə daxil olan digər nəqliyyat vasitələrini gözləməməsi olub.

Ölən və xəsarət alanlar barədə məlumat yoxdur. Hadisə nəticəsində VAZ-2106 markalı avtomobil tanınmaz hala düşüb.

Baş Dövlət Yol Polisi İdarəsinə hadisə ilə bağlı sorğu göndərsək də, heç bir cavab ala bilmədik. 

Videonu təqdim edirik:

Əzizə İsmayılova

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir