Azad edilmiş ərazilərdə son bir həftədə daha 33 mina aşkarlanıb – FOTO

HƏRBİ

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (18.03.2024 – 24.03.2024) açıqlanıb.

ANAMA-dan Oxu.Az-a verilən məlumata görə, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 30 piyada əleyhinə mina, 3 tank əleyhinə mina, 121 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 462,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

www.102info.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir