Ötən gün ölkə ərazisində 18 kiloqramdan çox narkotik aşkar olunub

Kriminal

Polis əməkdaşları ötən gün ölkə ərazisində 18 kiloqramdan çox narkotik aşkarlayıblar.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə martın 25-də ümumi çəkisi 18,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,3 kiloqramdan artıq heroin, 10,9 kiloqrama yaxın marixuana, 1,5 kiloqrama yaxın tiryək, 2,1 kiloqramdan çox metamfetamin, həmçinin 3 613 ədəd metadon həbi olub.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir