Polşa millisi Estoniyaya qalib gəldi – VİDEO

Dünya

Polşa millisi AVRO-2024-ün seçmə mərhələsində Estoniyaya 5:1 hesabı ilə qalib gəlib.

Oxu.Az xəbər verir ki, 22-ci dəqiqədə Polşa millisinin futbolçusu Frankovski komandasının ilk qolunu vurub, beş dəqiqə sonra isə Paskotşinin meydandan qovulması ilə estonlar azlıqda qalıblar.

50-ci dəqiqədə Zelinski meydan sahiblərinin üstünlüyünü artırıb, 20 dəqiqə sonra Pyotrovski hesabı sarsıdıcı edib. 74-cü dəqiqədə Estoniya millisinin müdafiəçisi Karlos Mets topu öz qapısına, iki dəqiqə sonra isə keçmiş “Dinamo”çu Şimanski Estoniya yığmasının qapısına beşinci qolu vurub. Qonaqlar matçın bitməsinə 12 dəqiqə qalmış Vetkalın qolu ilə cavab veriblər.

 

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir