Kaliforniyada FTB-nin təlim mərkəzində güclü partlayış: Xeyli yaralı var – FOTO

Dünya

ABŞ-də, Federal Təhqiqatlar Bürosunun (FTB) Kaliforniya ştatında yerləşən təlim mərkəzində güclü partlayış baş verib.

İnsident nəticəsində 16 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Xəsarət alanlardan yalnız bir nəfərin səhhəti ağır qiymətləndirilir. O, ayağından ciddi zədə alıb və əməliyyat olunacaq.

Hələlik partlayışın səbəbi məlum deyil. FTB hadisəni araşdırır.

Mənbə: CBS News

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir