Xarkovda yanacaqdoldurma məntəqəsi vurulub, ölənlər var – VİDEO

Dünya


Ukraynanın Xarkov şəhərində yanacaqdoldurma məntəqəsi vurulub.

“Zərbə nəticəsində yeddi nəfər ölüb. Onlardan biri körpə, biri dörd, biri yeddi yaşlı olmaqla üçü uşaqdır”, – deyə mer İqor Terexov bildirib.

Qeyd edək ki, zərbədən alovlanan yanacaq ətrafa dağılıb və 14 fərdi yaşayış binası yanıb. Yanğın sahəsi 3 700 kvadratmetri əhatə edib.

İkisi uşaq olmaqla 50 nəfər təxliyə edilib.

Mənbə: interfax

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir