ABŞ hərbi bazasına hücumun arxasında Tehran dayanır? – İranlı diplomatdan CAVAB

Dünya


İranın İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz uçan aparatlarla hücumla heç bir əlaqəsi yoxdur.

Bu açıqlama ilə İranın BMT-dəki daimi nümayəndəsi çıxış edib.

İranlı diplomat əlavə edib ki, onun bu bəyanatı Vaşinqton administrasiyasının Tehrana qarşı səsləndirdiyi iddialara cavabdır.

Qeyd edək ki, yanvarın 28-də ABŞ Mərkəzi Komandanlığı İranın nəzarətində olan proksilərin PUA-lardan istifadə edərək bu ölkənin İordaniya-Suriya sərhədində yerləşən hərbi bazasına zərbələr endirildiyini və bu hücum nəticəsində Birləşmiş Ştatların üç hərbçisinin həlak olduğunu və 34 nəfərin yaralandığını bəyan edib.

Mənbə: IRNA

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir