ABŞ-də azı 61 nəfər soyuqdan öldü

Dünya


ABŞ-də son bir həftə ərzində Arktika soyuqları səbəbindən ən azı 61 nəfər ölüb. Məlumata görə, ölüm hallarının əksəriyyəti Tennessi və Oreqon ştatlarında qeydə alınıb.

Qeyd edək ki, yanvarın 12-dən bəri ABŞ-nin çox hissəsində soyuq hava hökm sürür və qar yağır.

Ölkənin mərkəzi bölgələrində temperatur mənfi 34,4 dərəcəyə düşüb.

Mənbə: TASS

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir