Sumqayıtda fəhlə faciəli şəkildə öldü

Cəmiyyət


Sumqayıtda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

APA xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən tikinti şirkətində baş verib.

1977-ci il təvəllüdlü Nazim Xeyrulla oğlu Bağırov qumun altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az