Türkiyədə bir tondan çox narkotik müsadirə edildi, yüzlərlə saxlanılan var – VİDEO

Dünya


Türkiyənin hüquq-mühafizə orqanları ölkənin 46 vilayətində narkotik istehsalçılarına və satanlara qarşı “Narkogüç-42” adlı əməliyyat keçirib.

Bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya verib.

“Əməliyyat nəticəsində 1 ton 340 kiloqram narkotik maddə müsadirə edilib, narkotik vasitələrin istehsalı və satışında şübhəli bilinən 364 nəfər saxlanılıb”, – deyə Yerlikaya bildirib.

Qeyd edək ki, əməliyyatda 332 komanda, 1375 şəxsi heyət, bir təyyarə və doqquz it iştirak edib.

Mənbə: trthaber

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir