Qvineyada konstitusiya referendumu keçiriləcək

Dünya


2024-cü ildə Qvineyada ölkənin yeni konstitusiyasına dair referendum keçiriləcək.

Bu barədə Qvineyanın keçid dövrünün prezidenti Mamadi Dumbuya milli televiziyada çıxışında bildirib.

“2024-cü ildə bizi birləşdirəcək yeni konstitusiya referenduma çıxarılacaq. Xalqın təsdiqlədiyi Konstitusiya sadə bir rəmz deyil, ortaq gələcəyi birlikdə qurmaq üçün keçmişimizdən ilhamlanan əsas qanun olacaq”, – deyə o bəyan edib.

Bununla belə, Dumbuya referendumun tarixini, əsas qanunun mətninin nə dərəcədə hazır olduğunu və nə vaxt dərc ediləcəyini açıqlamayıb.

Xatırladaq ki, hələ 2021-ci ilin sentyabrında Qvineyanın elit xüsusi təyinatlı dəstəsinə rəhbərlik edən polkovnik Dumbuya hakimiyyəti ələ keçirib və prezident Alfa Kondenin saxlanıldığını elan edib.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir