Moskvada ağlını itirmiş sürücü parkinqdəki avtomobilləri darmadağın etdi – VİDEO

Dünya


Rusiya paytaxtı Moskvanın şərqində qəribə avtomobil qəzası baş verib.

Şəhərin Novoqireyevo rayonunda yaşayış binalarından birinin həyətində ağ rəngli “Mitsubishi Pajero Sport” maşınının sürücüsü 10-dan çox avtomobili vurub.

Maşınını olduqca qəribə şəkildə həyətdən çıxarmağa çalışan sürücü ətrafda park edilmiş avtomobillərin üzərinə sürüb və 10-dan çox avtomobili əzib. Aydındır ki, sürücü adekvat vəziyyətdə olmayıb.

Maşınları “darmadağın etdikdən” sonra cip sürücüsü hadisə yerindən qaçıb, zədələnmiş avtomobillərin sahibləri isə polis çağırıblar.

Hazırda sürücü axtarılır. Ev sakinlərinin dediyinə görə, kütləvi qəzanı törədən şəxs onların qonşularıdır.

Mənbə: “SHOT” “Telegram”

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir