Masallıda 61 yaşlı qadın qəzada ağır xəsarət alıb

Cəmiyyət


Masallı rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“resmixeber.az”un məlumatına görə, qəza zamanı minik və yük avtomobilləri toqquşub.

Hadisə nəticəsində minik avtomobilində olan sərnişin, 1962-ci il təvəllüdlü Aidə Məmməd qızı Məmiyeva xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir