Ağstafada gənc müəmmalı şəkildə vəfat edib – TƏFƏRRÜAT + VİDEO

Cəmiyyət


26 yaşlı gənc müəmmalı şəkildə dünyasını dəyişib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Ağstafanın Aşağı kəsəmən kəndində baş verib.

Kənd sakini Elməddin Hüseyovun meyiti yaşadığı evdə aşkarlanıb.

Hadisə bu gün səhər saatlarında qonşusunun Elməddini çağırmasından sonra bilinib.

Çağırışlara heç kəsin cavab vermədiyini görən qonşu Elməddin Hüseynovun evinə gedib və orada onun meyitini aşkarlayıb.

Yaxınlarının sözlərinə görə, iki bacının bir qardaşı olan Elməddin Hüseynov subay olub və evdə tək yaşayıb. Bir neçə gün əvvəl isə onunla əlaqə itib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ağstafa regional mərkəzinə aparılıb.

Aparılan araşdırmalardan sonra hadisənin dəqiq təfərrüatları məlum olacaq.

Daha ətraflı süjetdə:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir