Sumqayıt-Bakı qatarında texniki nasazlıq olub

Cəmiyyət


Bu gün səhər saatlarında Sumqayıt-Bakı elektrik qatarında gecikmə olub. 

resmixeber.az xəbər verir ki, saat 07:35-də Sumqayıtdan Bakıya hərəkət etməli olan sürətli sərnişin qatarı 17 dəqiqə gec – saat 07:52-də yola düşüb.

Platformada olan sərnişinlərə buna səbəb kimi texniki nasazlıq göstərilib. 

Bundan başqa, saat 07:45-də yola düşməli olan Sumqayıt-Bakı ekspres qatarı saat 08:01-də yola çıxıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir