Argentina prezidenti pullarını kimə etibar etdiyini açıqladı – VİDEO

Dünya


Argentina prezidenti Xavyer Miley etiraf edib ki, pulunu bacısı Karina Miley idarə etdiyi üçün maaşının həcmini bilmir.

“Mən prezidentin nə qədər qazandığını bilmirəm. Mən heç vaxt maaşa baxmamışam, pulumu bacım idarə edir”, – o, yerli televiziya şousunda deyib.

Miley deputat olarkən (10 dekabr 2021-ci il – 29 noyabr 2023-cü il) maaşını xüsusi internet saytında qeydiyyatdan keçənlər arasında lotereya yolu ilə paylayıb. Dekabrın 15-də 2 119 423 peso (2 650 ABŞ dolları) məbləğində sonuncu ödəniş tirajı keçirilib.

Qeyd edək ki, prezidentin ətrafındakı insanlar Karina Mileyi rəis adlandırırlar. Dekabrın 10-da inauqurasiya günü dövlət başçısını konqres binasından prezident sarayına qədər getdiyi kabrioletdə məhz bacısı müşayiət edib. Həmin gün Karina Miley prezident aparatının baş katibi təyin edilib. Bu məqsədlə dövlət başçısı qohumlarının dövlət vəzifələrinə təyin olunmasını qadağan edən qaydada dəyişiklik edib.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir