PSJ-nin qapıçısının evinə hücum olunub

Dünya


PSJ klubunun qapıçısı Aleksandr Letelyenin Fransanın İvelin departamentindəki evinə hücum olunub.

Məlumata görə, naməlum şəxslər evin bağçasına daxil olduqdan sonra qapıçı və həyat yoldaşı həyəcan siqnalının səsinə oyanıblar. Onlar dərhal polisə müraciət ediblər. Həmin vaxt evdə, həmçinin iki azyaşlı uşaq olub.

Evə soxulan cinayətkarlar bıçaq çəkməklə pul və qızıl-zinət əşyaları tələb ediblər, həmçinin Letelyenin həyat yoldaşının üzünə vurublar.

Qeyd edək ki, hadisə yerinə gələn polis dörd cinayətkardan üçünü həbs edib.

Mənbə: matchtv.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir