Bayden Zelenski ilə görüşdü, Ukraynaya 200 milyon dollarlıq hərbi yardım ayırdı

Dünya


ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 200 milyon dollar məbləğində hərbi yardımın ayrılmasını təsdiqləyib.

Bu barədə Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdə deyib.

“Rusiyanın hərbi müdaxiləsi ilə mübarizədə ümid itirməyinizi istəmirəm”, – Bayden bildirib.

O, hesab edir ki, ABŞ Konqresi Ukraynaya 60 milyard dollardan çox yardımı təsdiq etməlidir. Amerikalı siyasətçinin fikrincə, əgər belə olmasa, bu, “Putin üçün Milad hədiyyəsi” olacaq.

Bayden Zelenskini bundan sonra da dəstəkləyəcəyini vurğulayıb.

Mənbə: rbc.ua

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir