Samiq Sadıxov: “Əvvəllər həkimlər Naxçıvandan Bakıya gedirdilərsə, artıq Naxçıvana geri qayıdırlar”

Cəmiyyət


“Hazırda Naxçıvanda 400-ə yaxın vakant həkim yeri var. Ən çox ehtiyac ailə həkimlərinədir”.

resmixeber.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri vəzifələrini icra edən Samiq Sadıxov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda bu vakant yerlərin doldurulması üçün iş aparılır:

“Cari il Bakıda rezidentura təhsilini bitirəcək həkimlərimizlə görüşlərimiz olub. Bu ilin sonu – noyabr ayında onlar imtahan verəcəklər. Düşünürük ki, kifayət qədər böyük həkim kollektivi Naxçıvanın səhiyyə müəssisələrində işlə təmin olunacaq. Əvvəllər həkimlər Naxçıvandan Bakıya gedirdilərsə, artıq Naxçıvana geri qayıdırlar”.

S.Sadıxov əlavə edib ki, Muxtar Respublikada həkimlərdən fərqli olaraq ehtiyacdan artıq tibb bacısı var.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir