Tural Gəncəliyev: “Əminəm ki, ABŞ 907-ci düzəlişlə bağlı öz səhvini başa düşəcək”

Cəmiyyət


“Əminəm ki, ABŞ 907-ci düzəlişlə bağlı öz səhvini başa düşəcək”.

“resmixeber.az”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, 907-ci düzəliş məhz Xocalı soyqırımından bir neçə ay sonra qəbul edilib. Lakin sonradan ABŞ terrorizmlə mübarizə çərçivəsində regionda Azərbaycanla əməkdaşlığa ehtiyac duyduğu üçün bu sənədi dayandırıb.

“Əminəm ki, ABŞ öz səhvini başa düşəcək və bu qərarın gələcəkdə yenidən geri götürüldüyünü görəcəyik. ABŞ bu gün müstəqil siyasət yürütməyə çalışan ölkələri qəbul etmir və onlara qarşı destruktiv siyasət həyata keçirir. Bunu Əfqanıstan, İraq, Türkiyə və bir çox ölkələrin nümunələrində görə bilərik”, – deputat vurğulayıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir