Qubada avtomat və dörd qumbara tapıldı – FOTO/VİDEO

Cəmiyyət


Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən qanunsuz saxlanılan 6 ədəd müxtəlif növ tüfəng və onlara məxsus patronlar, 1 ədəd “AK-74” markalı avtomat, eləcə də 1 ədəd həmin silaha məxsus patron darağı təhvil götürülüb.

Bu barədə resmixeber.az-a Daxili İşlər Nazirliyinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, bundan başqa polis əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisində müxtəlif markalı 4 ədəd qumbara, 3 ədəd qumbara alışdırıcısı, 4 ədəd patron darağı və 92 ədəd güllə aşkar ediblər.

Faktlar üzrə Quba RPŞ-də müvafiq araşdırmalar aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir