Lənkəranda qəza: Yeddi nəfər xəsarət alıb

Cəmiyyət


Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

resmixeber.az-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran – Boradigah – Masallı yolunda, Girdəni kəndi ərazisində qeydə alınıb.

“QAZel” markalı yük maşını VAZ-21011 markalı minik avtomobili ilə toqquşub. Toqquşma nəticəsində beş nəfər Bərdə rayon sakini – 1984-cü il təvəllüdlü Ramin İsax oğlu Hüseynov, 1957-ci il təvəllüdlü Roza İsacan qızı Hümmətova, 2009-cu il təvəllüdlü Yasəmən Yasin qızı Şirinzadə, 1981-ci il təvəllüdlü Sevil Sabir qızı Hüseynova, 1980-ci il təvəllüdlü Sevinc Sabir qızı Hüseynova və iki nəfər Lənkəran rayon sakini – 1988-ci il təvəllüdlü Elmin Əli oğlu Rzayev, 1984-cü il təvəllüdlü Mirmayis Mətləb oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Qeyd edək ki, Bərdə sakinlərinin Lənkərana qonaq gəldiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir