Bir gün ərzində iki min qaçqın Myanmadan Hindistana keçib

Dünya


Myanmadan iki minə yaxın qaçqın son sutka ərzində Hindistanın sərhəddəki Mizoram əyalətinə köç edib.

Verilən məlumata görə, silahlı toqquşmaların getdiyi Myanmanın Rikhavdar şəhərinin sakinləri Hindistanın Zohavtar şəhərinə köçürlər. Bu iki yaşayış məntəqəsini Tiau çayı ayırır.

Yerli qaçqınlara yardım komitəsinin sədri Robert Zoremtluanginin sözlərinə görə, Tiaunun əks tərəfində silah səsləri eşidilir. Hindistan-Myanma sərhədini keçən 20 nəfər yaralanıb və xəstəxanalara aparılıb. Qaçqınlardan biri dünyasını dəyişib.

Mənbə: Indian Express

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir