Mingəçevirdə kafedə dava: Yaralananlar var

Cəmiyyət


Mingəçevir şəhərində yerləşən kafelərin birində dava baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan resmixeber.az-a verilən məlumata görə, hadisə noyabrın 3-ü saat 19 radələrində olub.

Aralarında baş vermiş mübahisə zamanı 1992-ci il təvəllüdlü Fariz Xaləddin oğlu Aslanov əvvəlcə kəsici alətlə 1965-ci il təvəllüdlü Çingiz Əliyev və 1986-cı il təvəllüdlü Ariz Tağıyevə, daha sonra isə Çingiz Əliyev kəsici alətlə Fariz Aslanova xəsarət yetirib.

Hər üç şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir