Ankarada Türkiyə və İran XİN başçıları arasında görüş keçirilir – FOTO/VİDEO

Dünya


Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla iranlı həmkarı Hüseyn Əmir-Abdullahian arasında görüş başlayıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, tərəflər arasında ikitərəfli və regional məsələlər, həmçinin Yaxın Şərqdəki durum müzakirə olunur.

Görüşdən sonra tərəflərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.

O da vurğulanıb ki, iranlı nazirin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşü planlaşdırılır.

 

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir