Nazir: “Dünyada bir mühəndisin yetişməsi üçün 15-20 min dollar, bizdə isə 1 500 manat xərclənir”

Cəmiyyət


“Bir çox hallarda universitetlərin yanaşması bundan ibarətdir ki, vətəndaşın maddi gücü nəyə çatırsa, ona uyğun bir ixtisasa yiyələnməsi üçün diplom versin”.

resmixeber.az-ın məlumatına görə, bunu Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumunun  “İnnovasiya ekosisteminin yaradılması” panelində çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, bu yanaşma düzgün deyil:

“Məsələn, vətəndaşın ödəmə qabiliyyəti 1500 manatdırsa, universitet “gəlin bir kompüter mühəndisi diplomunu verərəm”, – deyir. Amma dünyada bir kompüter mühəndisi neçəyə başa gəlir? Müxtəlif ölkələrdə mühəndis hazırlamağa 15 000-20 000 dollar xərclənir, biz 1500 manatla bunu edib, sonra onları müqayisə edirik. Bu, açıq müzakirələrdir və qorxmadan etməliyik”.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir