Bakıda 54 yaşlı qadını avtomobil vurub

Cəmiyyət


Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“resmixeber.az”un məlumatına görə, metronun “20 Yanvar” stansiyasının yaxınlığında avtomobil yolu keçən 1969-cu il təvəllüdlü Ziyafət Zöhrab qızı Binnətovanı vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir