İsrail ordusu “Hizbullah”ın Livandakı hədəflərinə hava zərbələri endirib

Dünya


“İsrail Müdafiə Ordusu (SAXAL) Livan ərazisindəki “Hizbullah” hərəkatının infrastrukturuna zərbə endirib”.

Bu barədə SAXAL-ın Mətbuat Xidməti xəbər verib.

“Bir müddət əvvəl SAXAL-ın qırıcıları “Hizbullah”ın terror infrastrukturuna, o cümlədən “Hizbullah”ın istifadə etdiyi silahlara, postlara və obyektlərə zərbələr endiriblər”, – deyə ordunun “Telegram” kanalındakı paylaşımda bildirilib.

Daha əvvəl İsrail Müdafiə Qüvvələrinin Baş qərargah rəisi Herzi Halevi bildirib ki, İsrail Müdafiə Qüvvələrinin bölmələri ölkənin şimal sərhədi boyunca yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Onun sözlərinə görə, bu qərar “Hizbullah”ın İsrail vətəndaşlarına və İsrail hərbçilərinə zərər vurmaq cəhdinin qarşısını almaq üçün verilib.

İsrail əsgərlərinin Livanla sərhəddə “Hizbullah”ın iki obyektinə hücum etdiyi də məlum olub.

Mənbə: aif.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir