“Formula-1”də sprint yarışlarının formatı dəyişdirilə bilər

Dünya


“Formula-1” rəhbərliyi sprint yarışlarının formatının köklü şəkildə yenilənməsi imkanlarını nəzərdən keçirmək istəyir.

Bunun əsas səbəbi mövcud sistemin azarkeşlər üçün kifayət qədər əyləncəli olmamasıdır.

Artıq bununla bağlı bir neçə ideya da irəli sürülüb.

Şənbə günü reallaşan sprint yarışları ayrıca “Formula-1” çempionatına çevrilə bilər. Ona görə də həmin gün qazanılan xal sürücülərin ümumi sıralamasında nəzərə alınmayacaq.

“Red Bull” komandasının pilotu Maks Ferstappen Qətər Qran-prisindəki sprint yarışında çempionluğunu rəsmiləşdirmişdi.

Bundan əlavə, pilotları həvəsləndirmək üçün yeni sponsor cəlb etmək və qaliblərə böyük pul mükafatı vermək də gündəmdədir.

Mənbə: “Motorsport”

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir