XİN rəhbərlərinin “3+3” formatında növbəti görüşünün vaxtı və məkanı açıqlandı

Siyasət


Xarici işlər nazirlərinin “3+3” formatında növbəti görüşü 2024-cü ilin birinci yarısında keçiriləcək.

Bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov bildirib.

O, qeyd edib ki, tədbir Türkiyədə təşkil olunacaq.

“Tərəflər razılaşıblar ki, iştirakçı ölkələrin hər biri müxtəlif sahələr üzrə milli ideyaları formalaşdıracaq xüsusi nümayəndə təyin edəcək. Daha sonra bütün bunları türkiyəli həmkarlarımız koordinasiya edəcək və nazirlərin ikinci toplantısına ev sahibliyi edəcəklər”, – S.Lavrov qeyd edib.

Nazir gələn il keçiriləcək görüşə Gürcüstan tərəfinin də qatılacağına ümid etdiyini deyib.

Mənbə: TASS

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir