Gənc futbolçu “Barselona”nın tarixinə düşdü

Dünya


“Barselona”nın futbolçusu Mark Qiyu Kataloniya klubunun tarixinə düşüb.

Gənc oyunçu La Liqanın X turunda “Atletik”lə (Bilbao) oyunda fərqlənərək buna nail olub.

79-cu dəqiqədə meydana çıxan hücumçu cəmi 23 saniyə sonra komandasına 1:0 hesablı qələbə qazandıran qolu vurub. 17 yaş 291 günündə fərqlənən Qiyu XXI əsrdə La Liqada “Barsa”nın heyətində debüt matçında qol vuran ən gənc oyunçu adına yiyələnib.

Qeyd edək ki, “Barselona” 24 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Komanda lider “Real Madrid”dən cəmi bir xal geri qalır.

Mənbə: sportbrief.com

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir