Füzuli sakini: “35 yaşında köçkün düşdüyüm yurduma 65 yaşında qayıdıram”

Cəmiyyət


“35 yaşında köçkün düşdüyüm yurduma 65 yaşında qayıdıram”.

Bunu resmixeber.az-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Rəşid Abbasov deyib.

O bildirib ki, bu gün onun üçün xüsusi əhəmiyyətlidir:

“Bu gün bizim üçün çox əlamətdar gündür. Öz yurdumuza qayıdırıq. Ali Baş Komandanımızın rəhbərliyi, şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı nəticəsində torpaqlarımız azad olundu, bizə də bu günləri görmək nəsib oldu”.

Xatırladaq ki, bu gün Füzuli şəhərinə 21 ailə (88 nəfər) yola salınıb. Füzuli şəhərində indiyədək 144 ailə, yəni 514 nəfərin daimi məskunlaşması təmin edilib.

Aytac Qasımova

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir