Xaçmazda yük avtomobili yanıb, bir nəfər xəsarət alıb

Cəmiyyət


Xaçmazda “QAZel” markalı yük avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, hadisə rayonun Ərəb kəndində baş verib. Belə ki, ümumi sahəsi 50 kvadratmetr olan talvarın yanar konstruksiyaları, altına yığılan 12 ton ot bağlamasının 8 tonu, yaxınlıqda dayanan “QAZel” markalı yük avtomobilinin kabinəsi və qoşqusunun üzərinə çəkilən tent qismən yanıb. Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb.

Ot bağlamalarının, avtomobilin qalan hissəsi və yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir