Bakıda piyada keçidini zəbt edən tikili sökülür – VİDEO

Cəmiyyət


Bakı şəhər Nərimanov rayonu Maqsud Əlizadə küçəsində piyada keçidində inşa edilmiş qanunsuz tikili sökülür.

“Qafqazinfo” xəbər verir ki, piyadaların, fiziki məhdudiyyətli şəxslərin, uşaq arabalarının hərəkətinə ciddi maneə yaradan tikilinin söküntüsü işlərinə ötən gecədən etibarən başlanılıb.

Məsələ ilə bağlı Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən bildirilib ki, həmin tikili əvvəllər polis sahə müvəkkilinin məntəqəsi kimi fəaliyyət göstərib. Söküntüdən sonra ərazidə abadlaşdırma işləri görüləcək.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir