Kamran Əliyev: “Cinayət törətmiş ermənilərə müraciət edirəm ki, könüllü təslim olsunlar”

Cəmiyyət


Azərbaycanın Baş prokuroru Kamran Əliyev cinayət törətdiyinə görə beynəlxalq axtarışa verilən ermənilərə müraciət edib.

resmixeber.az-ın məlumatına görə, Baş prokuror jurnalistlərə açıqlamasında deyib ki, axtarışda olan şəxslər var.

“Qanunsuz birləşmələrin üzvlərinə müraciət edirəm ki, könüllü şəkildə təslim olsunlar”, deyə o bildirib.

Baş prokuror Qarabağda 300-dən çox cinayət törətmiş erməni separatçısının beynəlxalq axtarışa verildiyini diqqətə çatdırıb.

Bildirib ki, Qarabağ münaqişəsi başlayandan erməni separatçıları tərəfindən törədilən cinayətlərin hamısı qeydə alınıb:

“Tərəfimizdən həmin cinayətlərlə bağlı sübutlar toplanıb. Ümumilikdə belə 300 cinayət işi açılıb. 300-dən çox cinayət törətmiş şəxs beynəlxalq axtarışa verilib. Həmin işlərlə bağlı sübutlar var”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir