MM-in komitə sədri: “Bu cür istedadlı insan özünə, sağlamlığına zaman ayırmırdı”

Cəmiyyət


“Mən Qənirəyə dərs demişəm. Hərdən öz aramızda zarafatlaşırdıq. Deyirdi ki, görürsünüz də, məni necə yetişdirmisiniz”.

Bu sözləri resmixeber.az-a açıqlamasında Qənirə Paşayeva ilə vida mərasiminə qatılan millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin sədri Hicran Hüseynova deyib.

O bildirib ki, Qənirə Paşayeva peşəkar jurnalist və sahəsində lider idi:

“44 günlük müharibə dövründə o, nələr etmədi… Hər kəs onu izləyirdi. O, işdən başqa heç nəyə zaman ayırmadı. O, parlaq bir ulduz kimi yandı və xalq üçün can qoyaraq getdi. Belə adamlar çox az gəlir dünyaya. Parlamentdə onun yeri daim görünəcək”.

H.Hüseynova deyir ki, həmkarı daim insanlarla ünsiyyətdə olur, onların problemlərini işıqlandırırdı:

“Təəssüf ki, bu cür istedadlı insan özünə, sağlamlığına zaman ayırmırdı. Sonuncu dəfə Qənirəni parlamentdə gördüm. Mən ölkədə olmayanda eşitdim ki, xəstəxanadadır. Ölkəyə gələn kimi xəstəxanaya getdim. Çox ümidlə gözlədik ki, oyanacaq, təəssüf ki, olmadı. Allah rəhmət eləsin”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir