Yunanıstanda tüğyan edən siklon ciddi problemlərə səbəb olub

Dünya


Yunanıstanda tüğyan edən “Elias” siklonu əsasən Evbeya adasına zərər vurub. Belə ki, bəzi yerlərdə yağıntının miqdarı 150-dən 198 millimetr olub.

Məlumata görə, bəzi evləri su basıb, bir sıra yerli yollarda nəqliyyatın hərəkəti dayandırılıb.

Qeyd olunur ki, güclü, uzun sürən yağıntılar nəticəsində bəzi çaylar məcrasından çıxıb, 40-a yaxın evi su basıb, suyun sürətli axması nəticəsində bəzi yollarda nəqliyyatın hərəkəti dayandırılıb.

Yunanıstan yanğınsöndürmə xidmətinin mətbuat katibi Vasilis Vartakoyannis telekanalda bildirib ki, Yunanıstanda xilasedici qismində çıxış edən yanğınsöndürənlərə nəqliyyatın hərəkətinin bərpasına kömək etmək üçün Evbeyaya ordu hissələri göndərilir. Hazırda Psaxna və Mantudi, Prokopi və Pelion yaşayış məntəqələri arasında yol bağlanıb.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir