Birinci və sonuncu mərtəbələrdəki mənzillər niyə ucuzdur? – VİDEO

Cəmiyyət


Çoxmənzilli binalarda 1-ci və axırıncı mərtəbədəki mənzillər adətən digərlərindən ucuz təklif olunur. Məsələn, yeni tikililərdə orta mərtəbələrdə mənzillərin qiyməti orta hesabla 120-130 min manatdan başlayırsa, sözügedən mərtəbələrdəki evləri 90-100 min manata əldə etmək mümkündür.

Xezerxeber.az-ın xəbərinə görə, ekspert Ramil Osmanlı deyir ki, bu ənənə artıq illərdir ki, formalaşıb. Onun sözlərinə görə, bir çoxları bəzən 2-ci və 3-cü mərtəbələrdən belə mənzil almaq istəmirlər.

Tikinti məsələləri üzrə ekspert Muxtar Ərturan isə 1-ci mərtəbələrdəki mənzillərin  alıcılıq qabiliyyətinin aşağı olmasını müxtəlif səbəblərlə əlaqələndirir. Onun fikrincə, əksər hallarda bu səbəblər əsaslı olur.

Ekspert deyir ki, çoxmərtəbəli binaların sonuncu mərtəbəsində də yaşayışı çətinləşdirən müxtəlif amillər olur. Alıcılar əvvəlcə həmin çatışmazlıqları görməsələr də, bir neçə ildən sonra problemlər özünü büruzə verir.

Muxtar Ərturanın alıcılara tikinti normalarının düzgün aparılmasına, sukeçirmə və səs izolyasiyasının etibarlılığına əmin olduqdan sonra həmin mərtəbələrdən mənzil almağı tövsiyə edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir