Bərdədə 42 yaşlı kişinin meyiti mal damında aşkarlanıb

Cəmiyyət


Bərdədə 42 yaşlı kişi evinin həyətindəki mal damında ölü tapılıb.

APA xəbər verir ki, hadisə rayonun Mustafaağalı kəndində qeydə alınıb.

1981-ci il təvəllüdlü Yaşar Səfərovun meyiti evinin həyətindəki mal damında mələfə parçasından asılı vəziyyətdə aşkarlanıb.

Onun intihar etdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir