“Qarabağ”ın legioneri: “Bayer” nəhəng klubdur, lakin onlardan çəkinmirik”

Dünya


“Qarabağ”ın braziliyalı futbolçusu Julio Romao ölkəsinin mətbuatına açıqlama verib.

Yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin ilk turunda Norveç klubu “Molde” üzərində qazanılan 1:0 hesablı qələbədən danışıb və III, IV turlarda qarşılaşacaqları Almaniya “Bayer”i (Leverkuzen) ilə görüşlərdən bəhs edib:

“Qələbə ilə başlamaq həmişə vacibdir. Bu, şübhəsiz ki, gələcəkdə bizə kömək edəcək. Deməli, düzgün başlamışıq ki, qələbə ilə mükafatlandırılırıq. Biz eyni diqqətlə davam etməliyik. “Bayer” nəhəng klubdur, lakin biz onlardan çəkinmirik. Xüsusən də ev oyununda üç xal qazanmaq üçün köklənəcəyik. Öz oyunumuzu göstərməyə çalışacağıq. Buna nail olacaq bacarıqda komandamız var. Avropa Liqası xüsusi yarışdır, hər bir futbolçu meydanda olmaq istəyir”.

Qeyd edək ki, “Qarabağ” qrupda ikinci oyununu oktyabrın 5-də İsveçdə yerli “Hakken”ə qarşı keçirəcək.

Mənbə: tntsports.com.br

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir