Almaniya prezidenti ölkədəki gərginlikdən danışdı: “Son həddəyik”

Dünya


“Almaniya yeni miqrantların qəbul edilməsində çətinliklərlə üzləşib”.

Bu sözləri Almaniya Prezidenti Frank-Valter Ştaynmayer “Corriere della Sera” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, İtaliya və Almaniya miqrasiya axınının ağır yükünü daşıyır. Frank-Valter Ştaynmayerin fikrincə, problemin həlli üçün Avropada miqrantların ədalətli bölgüsünə və xarici sərhədlərdə nəzarətin gücləndirilməsinə ehtiyac var.

Ştaynmayer bildirib ki, bu ilin ilk altı ayında sığınacaq alınması üçün Almaniyaya 162 min müraciət daxil olub ki, bu da Avropa İttifaqında bütün müraciətlərin üçdə birini təşkil edir.

“Bundan əlavə, hazırda Ukraynadan olan bir milyondan çox qaçqınımız var. Ona görə də Almaniya da İtaliya kimi öz imkanlarının son həddindədir. Hökumətlər daimi həmrəylik mexanizmi, İtaliyanın Dublin razılaşmalarının tətbiqi və Almaniyaya yeni qaçqınların qəbulu ilə bağlı digər ölkələrlə razılığa gəlməlidirlər”, – deyə Almaniya prezidenti vurğulayıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir