Bakıda mağaza yanıb

Cəmiyyət


Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 600 kvadratmetr olan ərzaq və müxtəlif təyinatlı malların satışı mağazasının dam örtüyünün taxta atmaları, şüşə-pambıq üzlük 180 kvadratmetr sahədə və rəflərə yığılan müxtəlif təyinatlı mallar 225 kvadratmetr sahədə yanıb. Yüksək temperaturdan 15 ədəd soyuducu, 1 ədəd kondisioner və lambirdən ibarət tavan əriyib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir