Şəkidə avtomobilini təmizləyən sürücünü maşın vurdu

Cəmiyyət


Şəkidə avtomobilini təmizləyən şəxsi digər maşın vurub.

resmixeber.az-nın məlumatına görə, hadisə rayonun Baş Göynük kəndində baş verib.

Kənd sakini, 1995-ci il təvəllüdlü Nurlan Ələsgər oğlu İsmayılov avtomobilini təmizləyərkən qəzaya düşüb.

Onu VAZ-2107 markalı minik avtomobili ilə həmkəndlisi, 2005-ci il təvəllüdlü Calal Coşqun oğlu Məmmədov vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan N. İsmayılov Şəki Rayon Mərkzi Xəstəxanasına (RMX) aparılıb, vəziyyəti ağır qiymətləndirilir.

VAZ 2107-nin sürücüsü isə yüngül xəsarət alıb.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir