Hacıqabulda avtomobil piyadanı vuraraq öldürdü

Kriminal


Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhərindən keçən hissəsində qeydə alınıb.

“KamAZ” markalı yük avtomobili Şirvan sakini, 1993-cü il təvəllüdlü Aqşin Çingiz oğlu Nəzərovu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada ağır vəziyyətdə Şirvan xəstəxanasına çatdırılandan bir neçə dəqiqə sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir