Slovakiyanın keçmiş baş naziri ilə keçmiş DİN rəhbəri dalaşdı – VİDEO

Dünya


Bratislavanın mərkəzində, Hökumət Sarayının qarşısında Slovakiyanın keçmiş baş naziri İqor Matoviçlə keçmiş daxili işlər naziri Robert Kaliniyak arasında dava baş verib.

Sentyabrın 13-də baş verən hadisə Robert Kaliniyakın “İstiqamət – Sosial Demokratiya” partiyasının keçirdiyi mətbuat konfransı zamanı baş verib. Tədbir miqrasiya məsələsinə həsr olunub.

“Adi insanlar və müstəqil fərdlər” partiyasına rəhbərlik edən İqor Matoviç damında səsgücləndiricilər olan avtomobililə əraziyə gəlib və tədbir iştirakçılarını, sosial demokratları, xüsusən də DİN-in keçmiş rəhbərini kəskin tənqid edib.

Kaliniyak avtomobilə yaxınlaşıb və mikrofonu Matoviçdən almağa çalışıb.

Mübahisəyə yalnız polis son qoya bilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəldikdən sonra Matoviç oradan ayrılıb.

Mənbə: iz.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir